8 nəfər asılacaq, 32 nəfər ömürlük həbsdə qalacaq - Misir qərarını verdi

7 Noyabr 2018 22:51

Misirin hərbi məhkəməsi 8 nəfərin edamına qərar verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, daha 32 nəfər ömürlük həbsə məhkum edilib. İttiham olunanlar İŞİD terror qruplaşmasının üzvləridir.

Onlar Misirin təhlükəsizlik orqanları əməkdaşlarına hücum etdikləri üçün ölüm cəzasına məhkum ediliblər.

Milli.Az