Rusiya XİN İran məsələsində mövqeyini bildirdi

6 Noyabr 2018 22:49

İrana qarşı ABŞ-ın sanksiyaları tamamilə qanunsuzdur, onlar BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İrana qarşı ABŞ-ın sanksiyalarına gəldikdə isə onlar tamamilə qanunsuzdur. Onlar BMT Təhülkəsizlik Şurasının qərarlarını kobud şəkildə pozurlar və bu sadəcə məyusluq yaradır. Heç kim beynəlxalq normaları ləğv etməyib. Ultimatumlar əsasında və bir tərəfli qaydada siyasət yürütmək bizim dövrdə yolverilməzdir", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, ötən gündən etibarən ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. Yeni sanksiyalar energetika sahəsini - İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir

Milli.Az