Konte "Çelsi"dən kompensasiya tələb edir

6 Noyabr 2018 18:08

"Çelsi"nin keçmiş baş məşqçisi Antonino Konte London klubundan kompensasiya tələb edir. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin vaxtından əvvəl pozulması ilə barışmaq istəmir. Konte istefaya göndərildiyinə görə 13 milyon, nüfuzuna dəyən ziyana görə isə daha 10 milyon avro istəyir.

"Çelsi" keçmiş məşqçinin kompensasiya tələbini nəinki əsassız sayır, həmçinin onu ittiham edir. London klubunun hüquqşünasları bildirib ki, Konte sponsorluqla bağlı öhdəlikləri yerinə yetirməyib, mətbuat konfranslarına yubanıb və avtomobilini təyin olunan yerdə saxlamayıb.

Milli.Az