Dünyada ən uzunmüddətli festival
5 Aprel 2010 20:46
Festival Ukraynada və dünyada ən uzunmüddətli musiqi forumu olacaqdır.
Festivalda dünyanın bir çox ölkələrindən 10 min artist iştirak edəcəkdir. Onlar tamaşaçıların qarşısına müxtəlif obrazlarda çıxacaqlar.
Tədbirə qatılan turistləri kaskadyorların çıxışları, maraqlı sirk səhnələri, musiqi və teatr nömrələri gözləyir. Qonaqlar üçün çadırlarda süfrə açılacaq, qədim Kiyevə fərdi səyahətlər təşkil olunacaqdır.
Foruma 300 min nəfərin cəlb olunacağı ehtimal edilir. Lakin parkın yaradıcıları ümid edirlər ki, festival başa çatdıqdan sonra da buraya dünyanın hər yerindən tamaşaçılar gələcəklər.
/AzərTac/