Bakıda bəyin keçmiş sevgilisi toy günü restorana gəldi, gəlini sürüdü - VİDEO

6 Noyabr 2018 10:38

Bakının məşhur restoranlarından birində toy zamanı gözlənilməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, bəyin keçmiş sevgilisi olduğu iddia edilən gənc qadın toyun keçirildiyi restorana daxil olaraq gəlinin masasına kimi irəliləyib. 

Gəlinə yaxınlaşan kimi söyüşlə onun saçından tutaraq yolmağa, silkələməyə başlayan qadını restorandan güclə çıxarıblar. Hər kəsi şoka salan bu hadisədən sonra gəlin gözyaşları içində restoranı tərk edib, toy gəlinsiz davam edib.

Bütün bunların şahidi olan əməkdar artist Yusif Mustafayev "Bizimləsən"də danışıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda toy zamanı bəyin keçmiş sevgilisi restoranda gəlini sürüdü