Bakıda məşhur yapon yazıçısının kitabı nəşr olundu
5 Aprel 2010 19:51
Kitabı nəşr edən "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun Milli.Az-a verdiyi xəbərə görə, ingilis dilində yazan məşhur yapon yazıçısının kitabları dünyanın əksər dillərinə çevrilsə də, azərbaycan dilində kitab halında ilk dəfə nəşr olunur.
Aliya Süleymanqızının tərcüməsində hazırlanan kitab "Zəlzələdən beş gün sonra" adlanır. Bu kitabda "Kusiroya UNO düşüb", "Ütüylə peyzaj", "Bütün Tanrı övladları rəqs edə bilər", "Tailand", "Dostum Qurqur, Tokionu xilas edir" hekayələri toplanıb.
Milli.Az