Məhkəmə tələbənin ali məktəbə qarşı iddiasını təmin etmədi
5 Aprel 2010 19:32
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Elmin Bədəlovun həmin ali məktəbə və ali məktəbin rektoru Səyavuş Qarayevə qarşı ali məktəbə bərpa olunmasına dair məhkəmə prosesi davam etdirilib.
Milli.Az-ın verdiyi xəbərə görə, hakim İkram Şirinov sədrliyi ilə keçirilən məhkəmə iclasında E.Bədəlovun iddiası təmin edilməyib.
Qeyd edək ki, ADNA-nın 4-cü kursunda təhsil alarkən bu ilin yanvar ayında rektorun əmrinə əsasən Akademiyadan uzaqlaşdırılıb. Rektor tələbəni Akademiyadan çıxarmasını onun imtahandan qeyri-kafi qiymət alması ilə əlaqələndirib.
Elmin Bədəlov ali məktəbdən uzaqlaşdırılmasını yerli kütləvi informasiya vasitələrində Akademiyadan bəhs edən tənqidi materiallar dərc etdirməsi ilə əlaqələndirib.
Milli.Az