“Real”dan 10 illik anlaşma - 1,1 milyard avro qazanacaq

5 Noyabr 2018 18:28

"Real" forma sponsorluğu üçün "Adidas" şirkəti ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "kral klubu" "Adidas"la 10 illik müqavilə imzalaya bilər. Bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Müqavilə imzalanacağı təqdirdə, "Real" növbəti mövsümdən etibarən hər il 110 milyon avro qazanacaq. Bu isə 10 il ərzində 1,1 milyard avro gəlir deməkdir. Tərəflər arasında razılaşma baş tutsa, bu, futbol tarixinin ən uzumüddətli müqaviləsi olacaq.

"Real" hazırkı müqaviləyə əsasən, "Adidas"dan 50 milyon avro gəlir əldə edir.

Milli.Az