Sevgilisinə təriflər yağdırdı

8 Dekabr 2018 21:29

Keçmiş model Ebru Şallı ötən gün nişanlısı Uğur Akkuşla görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili kameralara gülümsəyərək poz verib. Ebru müxbirlərin suallarını cavablandırıb:

"Proqramım çox yaxşı gedir. Hər kəs plateslə məşğul olsun. Mənimlə birgə sağlam qalın".

Uğur isə sevgilisi haqda bu sözləri deyib:
"Mən iki ildir plateslə məşğulam. Türkiyədə platesi ən yaxşı öyrədən sevgilimdir. Mənə başqa nə lazımdır?"

Milli.Az