“Yapraq dökümü” gələn il başa çatacaq
6 Aprel 2010 11:03
2006-cı ildə Rəşad Nuri Güntəkinin eyniadlı promanı əsasında çəkilişlərinə başlanılan Əli Rza bəy və beş övladı ətrafında cərəyan edən serialın bu mövsum yekunlaşacağı bildirilirdi. Hətta serialın finalı ilə bağlı bəzi ehtimallar da mövcud idi. Amma son həftələrdə Türkiyə mətbuatında "Yapraq dökümü"nün gələn mövsum də davam edəcəyi barədə məlumatlar dərc edilir.
Nəhayət, serialı çəkən "Ay Yapım" və nümayiş etdirən "Kanal D" televiziyası bu iddialara son nöqtəni qoydu. Milli.Az xəbər portalı ayaklıgazete.com-a istinadən xəbər verir ki, serialın beşinci mövsümdə də davam etdirilməsinə və 13 seriya yayımlandıqdan sonra gələn ilin yanvarında başa çatmasına qərar verilib. Digər tərəfdən, "Ay Yapım"ın digər məhsulu - "Aşk-ı Memnu" serialının da növbəti mövsümdə davam edəcəyi bildirilir.
Milli.Az
Uyğun link:
"Yaprak dökümü": Tahsin xəyanətini açıqlayacaqmı? - VİDEO