Qanı təmizləyən, soyuqdəymədən qoruyan ən ucuz meyvə...

10 Noyabr 2018 20:15

Təzə limon suyu tərkibindəki antioksidan və anti-xərçəng maddələri ilə fərqli xəstəliklərin müalicəsində illərdir istifadə edilir.

C vitamini baxımından çox zəngin olan limon, eyni zamanda, immunitet və həzm sistemlərinin müntəzəm çalışmasına, bədənin xərçənglə mübarizəsinə və yaraların yaxşı sağalmasına da yardım edir. Limon suyu sadəcə sağlamlıq üçün deyil, evlərdə dezinfeksiya və təmizlik məqsədi ilə də istifadə edilir.

Xroniki xəstəliklərlə mübarizə aparmaq üçün bədəndəki alkalin balansını qorumaq çox önəmlidir. Limon asit tərkibli olmasına rəğmən içildiyində bədənin alkalizə olmasına yardımçı olur.

Qanı təmizləyir - limon suyu bədənin qandakı toksinləri təmizləməsinə yardımçı olur.

Qan şəkərini tənzimləyir - limon suyu içərisində olan turşu, qidaların qan şəkəri üzərindəki təsirlərini yüngülləşdirir.

Detoks - təzə limon suyu böyrəkləri və həzm sistemini təmizləyir. Bədənin toksinləri atmasına yardımçı olur.

Sümük əriməsi - Limon suyunun içində olan C vitamini bədənin kalsiumu absorb etməsinə və dolayısı ilə sümük əriməsi ilə mübarizəyə yardımçı olur.

İki yemək qaşığı təzə sıxılmış limon suyu su ilə qarışdırılaraq hamiləlikdə içildiyində körpənin sümük inkişafına yardımçı olur.

Yuxusuzluq - limon suyu daha yaxşı yatmanıza yardımçı olur.

Beynin və sinirlərin qidası - limon suyunun içində olan potasium, beyinə və sinir hüceyrələrinə yardımçı olur. Diqqəti və hafizəni gücləndirir. Sinir sistemini sakitləşdirir.

İnfeksiya - tərkibindəki sitrik asit səbəbi ilə infeksiyalarla mübarizəyə yardımçıdır.

Soyuqdəymə və öskürək - bir stəkan isti suya balla birlikdə əlavə edilib içildiyində soyuqdəymə və qriplə çox güclü mübarizə aparır.

Astma - Bir çay qaşığı limon suyu bir miqdar ilıq su ilə qarışdırılıb yeməklərdən əvvəl içildiyində nəfəs almağa yardımçı olur.

Mədə bulanması və maşın tutması - limon suyu qarışdırılmış su qurtum-qurtum içildiyində mədə bulanması azalır.

Saç baxımı - Limon suyunu saça sürtdükdə saçın parıldamasını və güclənməsini təmin edir.

Limon suyunun bu möcüzələrindən faydalanmaq üçün səhərlər günə bir stəkan ilıq suyun içinə yarım limonun suyunu sıxaraq başlayın.

Milli.Az