Əksər qadınların problemi: prezervativ istifadə etsəniz...

10 Noyabr 2018 22:50

Vaginal axıntı rahatlıq və gigiyena baxımından qadınlar arasında tez-tez rast gəlinən problemlərdəndir. Lakin hər axıntı heç də xəstəlik deyil. Vaginada normalda bir miqdar maye olur. Ancaq hansı axıntının normal və fizioloji, hansının bir xəstəlik olduğunu ayırd etmək vacibdir. Qadınların fizioloji axıntısı bəzi dövrlərdə arta bilər.

Türkiyənin qadın xəstəlikləri və doğum mütəxəssisi Azad Kavaz vaginal axıntılar və qorunma üsulları ilə bağlı sualları cavablandırıb.

O bildirir ki, normalda vagina ancaq gec menopauza dövrlərində tamamilə quru hal ala bilər. Əslində əsas müalicə edilməsi lazım olan narahatedici vəziyyət budur: "Menopauzanın ilk dövrlərində vagina qupquru olmur, eynilə ağız içinin olmadığı kimi. Vaginal axıntının miqdarı menstruasiyanın bitdiyi və digər menstruasiyanın başlamasına qədər olan müddətdə fərqli miqdarlarda və xüsusiyyətdə olar. Yəni qadının vaginal axıntı miqdarı hər gün eyni olmur. Məsələn, iki menstruasiyanın arasındakı günlərdə axıntının miqdarı artar və daha yapışqan bir hal alır. Menstruasiyadan bir neçə gün əvvəl də miqdarda artım olur, cinsi xəbərdaredicilər vaginal axıntının miqdarını artırır. Qadınların tez-tez etdikləri səhvlərdən biri də fizioloji axıntı ilə infeksiyanı qarışdıraraq, həkim məsləhəti olmadan vaginal şam istifadə etmələridir. Lazımsız vaginal tabletka istifadəsi vagina florasının tarazlığını pozur və tez-tez təkrarlanan infeksiyalara səbəb olur".

Hansı vaginal axıntılar təhlükəlidir?

Bu vəziyyətdə hansı növ axıntılar patoloji, yəni xəstəliyə işarə verən axıntılardır? Həkimin sözlərinə görə, əgər axıntının yuxarıda sadalanan xüsusiyyətlərdən başqa əlamətləri varsa, məsələn, tünd qəhvəyi, sarı-yaşıl-çirkli görünüşlüdürsə, içində süd kəsiyi kimi hissəciklər varsa və ya qoxuludursa, vagina içində qaşınma və ya yanma kimi şikayətlərə səbəb olursa, o zaman bu axıntının müalicə olunması vacibdir. A. Kavaz hamiləlik dövründə vaginal infeksiyaların artdığını da vurğulayır: "Hamiləlik dövrü də vaginal infeksiyalara və axıntıya səbəb olan faktorlardan biridir. Normalda vagina içində olan mikroorqanizm burada xəstəlik yarada bilən digər mikroorqanizmlərin törəməsini və xəstəlik meydana gəlməsinin qarşısını alır. Məlumdur ki, hamiləlikdə hormonal fəaliyyət dəyişir. Bu səbəbdən də normal vaginal axıntının turşuluğu artır və düşən PH səviyyəsi qoruyucu mikroorqanizmlərin azalmasına, beləliklə, vaginanın müdafiə sisteminin zəifləməsinə səbəb olur. Xüsusilə göbələk infeksiyaları üçün zəmin yaranır. Müalicə edilsə belə, hamiləlik müddətində təkrarlanma meyli yüksəkdir".

Şəkər xəstəliyi də vaginanın müdafiəsinə mənfi təsir edərək, vaginal infeksiyaların artmasına səbəb ola bilər. Pensillin qrupu kimi tez-tez istifadə edilən antibiotiklər, kartizon və kimyaterapiya kimi bədənin müdafiə sisteminə mənfi təsir edən müalicələr də vaginada olan mikroorqanizmləri məhv edir, müdafiə gücünü azaldır və axıntıların ortaya çıxmasına səbəb olur. Həkim vaginal axıntılardan qorunma üsullarından da bəhs edib:

1. Vaginanın içini heç bir zaman yumayın. Vaginanın içini yumaq PH turşunu dəyişdirir və oradakı təbii mühiti korlayaraq laktobasilləri azaldır, zərərli mikrobların artması üçün yaxşı mühiti təmin edir. Xüsusən də, vagina içini sabunla əsla yumayın.

2. Normal duş əsnasında vagina içinə qaçan su miqdarı əhəmiyyətsizdir. Vaginanın içinin təzyiqli su ilə yuyulması isə yuxarıda deyilən səbəblər baxımından məsləhət deyil. Cinsi əlaqədən sonra və ya menstruasiya zamanı təmizlənmək üçün isə xüsusi vaginal duş vasitələrindən istifadə edilə bilərsiniz.

3. Duşdan sonra xarici genital bölgənizi dəsmal ilə qurulayın.

4. Genital sprey, ətir tərkibli bez, tampon, prezervativlərdən istifadə etməyin.

5. Alt paltarlarınızı hər gün dəyişin və sintetik deyil, pambıq olanlara üstünlük verin.

6. Üzmə və məşqdən sonra alt paltarlarınızı dəyişin, üstünüzdə qurumasına imkan verməyin

7. Həddindən artıq çəki və şəkər xəstəliyi göbələk infeksiyasına zəmin hazırlayar. Bu cür  probleminiz varsa, tədbir görün.

8. Dar şalvar və ya dar alt paltar geyinməkdən çəkinin.

9. Tualet təmizliyinizə diqqət edin.

10. Cinsi əlaqə zamanı prezervativ istifadə edərkən diqqətli olun.

11. Cinsi münasibətdə olmaq üçün tərəf müqabillərinizi tez-tez dəyişdirməyin. Tez-tez tərəf müqabilini dəyişən insanlarla cinsi münasibətə girməyin.

Milli.Az