Lotereya oynamaq olarmı?

6 Noyabr 2018 22:45

Qohum-qonşu, iş yoldaşları və dostlar arsında oynanılan lotereyanın eybi yoxdur. Yəni hər kəs hər ay eyni miqdarda pul verir və hər ay adamlardan biri bu pulları götürür. Aylar üzrə növbə hamıya çatır. Burda heç kimin pulu batmır və heç kim artıq pul götürmür, sadəcə olaraq hər ay verdiyi pul toplanaraq bir dəfə ona bütöv şəkildə verilir. Bu cür lotereya oynamaq halaldır.

Amma pulla satılan biletlərlə, püşkatma və buna bənzər vasitələrlə oynanılan lotereyalar haramdır. Çünki bu zaman minlərlə insan udmaq həvəsilə pul verib bilet alır, aralarından biri onların pulunu mənimsəyir. Bu, qumarın bir növüdür. Bu cür lotereya oyunlarına qatılmaq, bilet almaq, udmaq və uduş pulunu götürmək haram sayılır.

Milli.Az