Azərbaycanın tikinti şikəti "AzVIRT" Serbiyada artıq ikinci iri yol layihəsini reallaşdırmağı planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə şirkətin aparıcı mütəxəssisi Gülümsər Orucova bildirib.
G.Orucovanın sözlərinə görə, hazırda tərəflər BAYPAS adlı layihə ərafında danışıqlar aparırlar.
Aparıcı mtəxəssis deyib: "Nəzərdə tutulan layihə Serbiyada yol və yol infrastrukturunun tikintisini nəzərdə tututr".
O qeyd edib ki, "AzVirt" Serbiyada ilk layihəni bu ölkə ilə Azərbaycan hökumətləri arasında 2012-ci ildə imzalanmış sənəd əsasında həyata keçirib.
Milli.Az