“Çukur”un İdris babası: “Reytinqin köləsi olmuşuq”

3 Noyabr 2018 16:42

"Çukur" serialında İdris baba obrazını canlandıran aktyor Ercan Kesal serial ilə bağlı açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, aktyor reytinq məsələsindən şikayət edib:

"İdris obrazı ölməli idi. Amma reytinqin köləsi olmuşuq".

Kesal bildirib ki, senari reytinqə görə dəyişib: "Serialın iyun ayında mövsüm finalında əslində İdris Koçovalı obrazı da ölməli idi. Amma bir müddət sonra tamaşaçının o obrazın ölməyini istəmədiyi üzə çıxdı. Senari müəllifi də buna uyğun davrandı", - deyə aktyor qeyd edib.

Milli.Az