Paytaxtda neft şirkətinin ərazisindən top mərmiləri tapıldı

5 Aprel 2010 19:00
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri tərəfindən aşkarlanmış döyüş sursatlarına baxış keçirilib və onların döyüş başlığı olmayan partlamamış 3 ədəd "D-44" tipli top mərmisi olduğu müəyyən edilib. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparıblar. Əlavə olaraq partlamamış 1 ədəd "D-30" və 3 ədəd "D-44" tipli top mərmisi aşkarlanıb. Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Milli.Az