Əxlaqsızlıqla məşğul olan azərbaycanlı qadın Türkiyədə saxlanıldı

2 Noyabr 2018 20:52

Türkiyənin Balıkesir Ayvalık mahalında əxlaqsızlıqla məşğul olan üç qadın jandarma tərəfindən saxlanılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İnsan alverində və fahişəlikdə ittiham olunan qadınlar ölkədən deportasiya ediliblər.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Özbəkistan Respublikası vətəndaşları - 27 yaşlı G.G. və 30 yaşlı A.R. ilə birgə eyni əmələ görə təqsirləndirilən 29 yaşlı azərbaycanlı D.O. da saxlanılıb. Adları çəkilən qadınlar yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmamalarını müəyyən etmək üçün İstanbul xəstəxanasına müayinə göndərildikdən sonra ölkədən çıxarılıblar.

Milli.Az