Millimizin oyununun vaxtı və yeri açıqlandı

2 Noyabr 2018 14:12

21 yaşadək futbolçulardan ibarət millimizin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Heseqovina Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

Görüş Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, Rəşad Sadıqovun komandası noyabrın 15-də daha bir yoxlama matçı keçirəcək. Gənclərimiz saat 20:00-da, "Dalğa Arena"da Ukrayna ilə qarşılaşacaq.

Milli.Az