Budapeşt metrosu yenidən qurulacaq

8 Dekabr 2018 21:03

Macarıstan hökuməti Budapeşt metropoliteninin üçüncü xəttinin yenidən qurulmasına dəstək məqsədilə 80 milyard forint (təqribən 250 milyon avro) vəsait ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstan hökuməti paytaxtda iri investisiyaların əlaqələndirilməsi üçün Budapeşt İnkişaf Şurası adlı orqanın yaradılmasını dəstəklədiyini bildirib.

Baş nazirin ofisinin rəhbəri Gergey Qulyaş jurnalistlər üçün növbəti brifinqdə bu haqda məlumat verərək bildirib ki, belə bir şuranın yaradılması haqqında sazişi Budapeşt meri İştvan Tarloş və Macarıstanın baş naziri Viktor Orban imzalayacaqlar.

Milli.Az