Antarktikada nəhəng buz parçası qopub - Ərimə prosesi çox sürətlə gedir

1 Noyabr 2018 20:12

Anktarktikada nəhəng buz parçası Payn buzlağından qopub. 

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 29 oktyabrda baş verən qopma peyk görüntüləri əsasında müəyyənləşdirilib. Qopan hissənin ölçüsü 300 kvadrat km-dir. Buz parçası daha sonra daha kiçik hissələrə bölünüb. 

Qeyd edək ki, baş verən hadisənin həftələr və aylar çəkəcəyi proqnozlaşdırılırdı, lakin ərimə prosesi çox sürətlə baş verib.

Milli.Az