Telegram-da yazışmaları gizlicə oxumaq olurmuş

3 Noyabr 2018 08:05

"Telegram Desktop" proqramı istifadəçilərin yazışmasını şifrləmir. Bu haqda "BleepingComputer" nəşri məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, amerikalı mühəndisin postu sözügedən nəşrin diqqətini cəlb edib. Mühəndis başqa istifadəçilərin mesajlarını şifrlənməmiş "SQLite" verilənlər bazasında aşkar edib. Proqram yazışmanı mətn fayllarına köçürüb. O, həmçinin qeyd edib ki, göndərilən media fayllar və "məxfi çat" bu bazaya əlavə edilir.

Milli.Az