Cavidan əri və oğlu ilə - FOTO

1 Noyabr 2018 10:47

"Miss Azərbaycan 2014" gözəli Cavidan Qurbanova sosial şəbəkədə yeni doğulan övladı ilə fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, San-Fransiskoda olan modelin şəkillərində həyat yoldaşı da yer alıb. Model əri və oğlu ilə gəzintiyə yollanıb.

Qeyd edək ki, Cavidan Azərbaycanı İspaniyada "Queen Beauty Universe 2015" müsabiqəsində təmsil etmişdi. Bir müddət əvvəl model ABŞ-a yaşamağa köçüb. Orada bir oğlanla tanış olan Qurbanova ailə qurub. Cavidanın həyat yoldaşı Orxan Məmmədov da Amerikada yaşayan azərbaycanlıdır.

Milli.Az