"Xəzər-Lənkəran" Rusiya çempionatındakı çıxışına darmadağınla başladı - VİDEO - FOTO

29 Oktyabr 2018 17:59

"Xəzər-Lənkəran" (Moskva) komandası çıxış etdiyi Rusiyanın futbol üzrə 4-cü divizionundakı ilk oyununda qələbə qazanıb.

Milli.Az xəbər verir ki, oktyabrın 28-də Moskvada keçirilən oyunda "Xəzər-Lənkəran"ın rəqibi DM (ДМ) komandası olub. Oyun XL-in tam üstünlüyü şəraitində keçib.


"Xəzər-Lənkəran" Rusiya çempionatında - İlk oyun bazar günü olacaq - HEYƏT

Lənkəranlılar oyunun taleyini elə ilk hissədəcə həll ediblər. Qarşılaşmada Aleksandir Dik 2 dəfə, Kamran Qafarov və Xuşdil Şonkuliyev isə hərəyə bir dəfə fərqləniblər. Beləliklə, matç "Xəzər-Lənkəran"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Lənkəranlılar oyundan sonra geyinib-soyunma otağında qələbəni böyük coşqu ilə qeyd ediblər. 

Qeyd edək ki, 18 komandanın yer aldığı qrupda "Xəzər-Lənkəran"ın növbəti rəqibi "Master" olacaq.

Xatırladaq ki, "Xəzər-Lənkəran" (Moskva) komandası 2018-ci ilin iyun ayının əvvəlində yaradılıb. Onun təsisçiləri əslən Azərbaycandan olan və hazırda Rusiyada yaşayan Elnur Babayev və Ruslan Hüseynov adlı gənclərdir. Yarandıqdan dərhal sonra Moskvada "Urban Cup" kuboku uğrunda mübarizəyə qoşulan XL elə ilk mövsümdəcə turnirin yarımfinalınadək yüksələ bilib. Təsisçilərin əsas məqsədi də Azərbaycanı Rusiyada layiqincə təmsil etmək və tanıtmaqdır. 

Zəfər Tağı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: