Flora Kərimova: "Onlarla barışmaq mənim üçün namusdan, qürurdan keçmək deməkdir"

5 Aprel 2010 18:12
Milli.Az-ın verdiyi xəbərə görə, bu sözləri xalq artisti Flora Kərimova Day.Az radiosuna açıqlamasında bildirib.

Xalq artisti deyib ki, o, qürurundan keçməyəcək. "Üzr istəyirəm, bu adamlarla barışmaq mənim üçün namusundan, qürurundan keçmək deməkdir. Mən qüruruma zərəfan sürtməmişəm. Mən qürurlu adamam" - deyə müğənni bildirib.

Sənətçi açıqlamasında adını çəkdiyi həmkarlarının ona qarşı birləşdiyinə eyham vurub.

"Sizə qəribə gəlmirmi, bu iki nəfər bir-biri ilə kəskin küsüşəndən sonra bir-birdən birə öpüşüb barışdılar? Bütün bunlar qəribə deyilmi?" - deyə F.Kərimova bildirib.

Leyla
Milli.Az