Türkiyə ordusundan terrorçulara növbəti zərbə

28 Oktyabr 2018 18:31

Türkiyə Silahlı Qüvvələri Suriyada YPG/PKK mövqelərini artilleriyadan atəşə tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, artilleriya zərbələri terrorçuların Ayn-əl-Ərəb şəhərinin Zor Maqar rayonundakı mğvqelərinə endirilib.

Zor Maqar rayonu Fərat çayının şərq sahilində yerləşir və Türkiyənin sərhədi görünən strateji əhəmiyyətli yüksəklikdir.

Milli.Az