Eyyub Yaqubov: "Yoldaşımdan boşanmağım barədə məlumat... "

5 Aprel 2010 17:45
Müğənninin şou proqramlarda olmaması, efirlərdə görünməməsini şəxsi həyatında baş verən ciddi problemlə əlaqələndirirlər. Deyilənə görə, Eyyub Yaqubov həyat yoldaşından ayrılıb. Özü də rəsmi ayrılıq xeyli müddət bundan öncəç gerçəkləşsə də, müğənni bunu gizlətməyə çalışıb. Elə ona görə boşanması barədə məlumat heç bir mətbu orqanda yayılmayıb.

Amma sızan bəzi məlumatlara görə, müğənninin həyat yoldaşından ayrılmasına səbəb başqa bir qadını sevməsi olub. Məlumatın həqiqət olub-olmadığını dəqiqiləşdirmək üçün Eyyub Yaqubovla əlaqə saxladıq. Əməkdar artist Milli.Az-a açıqlamasında boşanması ilə bağlı yayılan məlumatı təkzib edib. O, şəxsi həyatında heç bir problem olmadığını dönə-dönə dilə gətirdi: "Ailəmin dağılması, yoldaşımdan boşanmağım barədə məlumat yalandır. Deyəsən, bu dəfə də şayiə yayanların hədəf nöqtəsi mən olmuşam. Görünür, mənim barəmdə artıq heç nə əldə edə bilmirlər deyə, belə şayiələr yaymağa çalışırlar. Görünməməyimin konkret səbəbi yoxdur. Mən həmişə qalmaqallardan uzaq durmağa çalışmışam. Efirə də görünmək xatirinə çıxmağı sevmirəm. Başımı aşağı salıb, yaradıcılığımla məşqulam, toylara gedirəm. Yeni işim olanda da onu tamaşaçıya təqdim edirəm. Hələki, yaradıcılığımda elə ciddi bir yenilik yoxdur, ki, efirə çıxım. Görünür, mənim efirlərdə görünməməyim şayiə yayan adamlar üçün əlverişli məqam olub" - deyə E.Yaqubov bildirdi.

Tahirə
Milli.Az