Meksikada “Axirət günü” - Bütün ölülər dirilir… - VİDEO

28 Oktyabr 2018 17:05

Meksikada "Ölülər Günü" bayramına hazırlıqlar başlayıb.

Milli.Az-ın xəbərinə görə, meksikalılar bu bayramı ənənəvi olaraq 1-2 noyabrda qeyd edirlər.

Bu günlərdə yerli sakinlər karnavallar keçirir, kəllələr və skeletlər şəklində şirmiyyat hazırlayır, qəbiristanlıqları və evləri bəzəyirlər.

Beləcə, bütün ölüləri "dirildərək" yad etmiş olurlar.

2003-cü ildə YUNESKO "Ölülər Günü"nü bəşəriyyətin mədəni irsinin siyahısına daxil edib.

Videonu izləmək üçün şəklə klikləyin:
Meksikada

Zaur
Milli.Az