Ən saf, mavi brilyant satıldı - FOTO
22 Sentyabr 2011 15:29
3,78 karatlıq mavi brilyant qaşlı üzük hərraca çıxarılarkən ilkin satış qiyməti 800 min funt-sterlinq olsa da, 1889250 funta satılıb.
Milli.Az xəbər portalı "The İndependent"ə istinadən bildirir ki, 1960-cı ildə çıxarılmış və cilalanmış mavi brilyant İngiltərənin Bonem şəhərindəki hərracda satılıb.
Alıcının adı açıqlanmasa da, onun avropalı kolleksiyaçılardan biri olduğu deyilir.
Hazırda dünyada 10 mavi brilyant olsa da, "Bulgari"nin satdığı brilyant onların arasında ən saf və təmiz rəngə malik olanıdır.
1884-cü ildə Romada yaradılmış "Bulgari" zərgərlik şirkətinin müştəriləri arasında məşhurlar çoxdur. Məsələn, dünya kinosunun əfsanəsi, Hollivud ulduzu Elizabet Teylor bu şirkətin məhsullarını çox sevirdi.
Milli.Az