“Neftçi”dən etiraz: “Hakim “Qəbələ”nin futbolçularını cəzalandırmadı”

5 Aprel 2010 17:52
"Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib ki, rəqib komanda hesabda öndə olarkən açıq şəkildə vaxtı uzatmağa çalışıb: "Görüşün baş hakimi isə belə epizodlarda bir dəfə də olsun əlini cibinə salmadı. "Neftçi"nin forvardı Vladimir Voskoboynikovun "fair-play" qaydalarına əməl etmədiyi epizodda rəqib futbolçu açıq-aşkar şəkildə onu vuraraq, kobudluq etdi. "Qəbələ"nin digər futbolçuları da Vladimirə yaxınlaşıb, ona zərbələr endirdilər. Lakin referi heç bir futbolçuya vərəqə göstərmədi".

Elnur Əşrəfoğlunun sözlərinə görə, son vaxtlar KİV-də belə bir fikir formalaşıb ki, hakimlər "Neftçi"yə kömək edirlər. Onun fikrincə, "Qəbələ" ilə son oyun bir daha göstərdi ki, bu fikir qətiyyən düzgün deyil.

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri bildirib ki,  "Neftçi" mövsümün sonunadək yüksək yerlər uğrunda mübarizəni davam etdirəcək.

Milli.Az