İsrail Baş naziri Benyamin Netanyahu gözlənilmədən Omana səfər edib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu səfər 1996-cı ildən sonra iki ölkə arasında gerçəkləşdirilən ilk rəsmi əlaqə olub. Netanyahu Maskatda Oman sultanı Kabus bin Səidlə görüşüb. Görüşdə əsas müzakirə mövzusunun Yaxın Şərqdə sülh məsələlərinin olduğu bildirilib.
Netanyahu Omana həyat yoldaşı Sara ilə birgə gedib. Onları səfər zamanı İsrailin xarici kəşfiyyatı olan MOSSAD-ın rəhbəri Yossi Koyen, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Meir Ben Şabat, Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotem müşayiət edib.
Milli.Az