Çin klubu Talişkanı birdəfəlik aldı - 19,2 milyon avro

27 Oktyabr 2018 12:24

Çinin "Quançjou Everqrand" klubu Anderson Talişkanın transfer hüququna yiyələnib.

Milli.Az xəbər verir ki, bu barədə indiyə qədər futbolçunun məxsus olduğu "Benfika" məlumat yayıb.

Portuqaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, çinlilər 19,2 milyon avro qarşılığında Talişkanı birdəfəlik transfer edib.

2014-cü ildən "Benfika"ya məxsus olan braziliyalı vinger bu ilin qışından icarə əsasında "Quançjou Everqrand"da çıxış edirdi. O, 2016-2018-ci illər aralığında Türkiyənin "Beşiktaş" klubunun formasını geyinib.

Milli.Az