Qubada tarixi abidənin əsaslı təmirə ehtiyacı var - FOTOSESSİYA

22 Sentyabr 2011 20:39
Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Amma hazırda tarixi abidə baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Hamamın qapı-pəncərəsi oğurlanıb, kanalizasiya sistemi tutulub, hasarları dağıdılıb. Ətrafına dəmir barmaqlıqlardan hasar çəkilməsinə  baxmayaraq hamamın içi və çölü böyük zibilliyi xatırladır. Çəkilən hasarlar belə, qoruyuculuq  funksiyasini tam yerinə yetirə bilmir. 1986-87-ci illərdə hamamda təmir bərpa işləri aparılsa da hazırda bina acınacaqlı vəziyyətdədir.

Tarixi abidənin mühafizəçisi Münirə Musayeva bildirir ki, hamam müəyyən zaman çərçivəsində Quba Mədəniyyət və turizm şöbəsi tərəfindən icarəyə verilsə də burada heç  bir iş aparılmayıb. Buna görə də bağlanan müqavilə şöbə tərəfindən pozulub. Mühafizəçi bildirir ki, Mədəniyyət və turizm nazirliyinin nümayəndələri, abidənin vəziyyəti ilə maraqlanıb.Tarixi abidənin 2013-cü ildə  təmir edilməsi nəzərdə tutulub. Amma təmir edilənədək çuxur hamamın dağılmayacağına zəmanət yoxdu.

Milli.Az