Axtarışda olan azərbaycanlı Belarusda tutulub Azərbaycana göndərildi

25 Oktyabr 2018 10:19

DİN-dən Milli.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

F.Quliyev Azərbaycana ekstradisiya edilib.

Pünhan Mirzə
Milli.Az