Brüsseldə etirazçılarla polis arasında toqquşma olub

8 Dekabr 2018 23:21

Şənbə günü Belçikanın paytaxtı Brüsseldə "Sarı jiletlilər" hərəkatının iştiakçıları ilə polis arasında qarşıdurma baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, polis nümayişçilərin onlara fişəng atmasından sonra su şırnağı tətbiq edib.

Nəşrin məlumatına görə, iğtişaşlar zamanı bir neçə nəfər saxlanılıb.

Etiraz aksiyasında azı 400 nəfər iştirak edib.

Bundan əvvəl Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər xəsarət alıb.

Milli.Az