1 ilə 84,5 milyon dollar qazanan menecer

5 Aprel 2010 16:45
Milli.Az breaknews.ru saytına istinadən xəbər verir ki, ilk yeri "Oracle" şirkətinin meneceri Larri Ellison tutub. Ötən il onun gəliri 84,5 milyon dollar təşkil edib. Elisson şirkəti 1977-ci ildə yaradıb və həmin vaxtdan quruma rəhbərlik edir. Şirkət artıq 30 ildən artıqdır ki, proqram təminatı sahəsində lider mövqeyini qoruyub saxlayır. 2008-ci ildə də onun gəliri 84,5 milyon dollar olmuşdu.

Sonrakı yerlərdə "Boston Scientific" şirkətinin rəhbəri Reymon Elliot (33,4 milyon) və "Occidental Petroleum" neft-qaz şirkətinin meneceri Rey İrani (31,4 milyon) gəlir.

Ümumilikdə ötən il ABŞ-da 200 şirkət rəhbərinin gəliri 5,78 milyard dollar təşkil edib.

Milli.Az