Marcelo "Yuventus"a gedir

22 Oktyabr 2018 20:22

"Real"ın müdafiəçisi Marcelo klubunu dəyişə bilər. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, braziliyalı "Yuventus"da oynamaq istədiyini bildirib.

Marcelo Madrid klubu rəhbərliyinə dəfələrlə bununla bağlı müraciət edib. O, qış mövsümündə transfer olunmaq niyyətindədir. "Sambaçı"nın Turin klubuna keçidi Kriştiano Ronaldo ilə əlaqələndirilir.

Marcelo portuqaliyalı dostu ilə eyni komandada çıxış etmək arzusundadır. "Real"ın prezidenti klubun indiki ağır vəziyyətində braziliyalını buraxmaq istəmir.

Milli.Az