Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı oldu - Gövhərli "Mucize aşk" - VİDEO - FOTO

22 Oktyabr 2018 16:46

Mərhum aktrisa Xanım Qafarovanın qızı özünü aktrisa kimi sınamağa başlayıb.

Milli.Az xəbər verir ki, mərhum aktrisa Xanım Qafarovanın oktyabrın 21-də Türkiyəyə gedən qızı Gövhər artıq rol alacağı filmin çəkiliş meydançasındadır. "Mucize 2" və ya "Mucize aşk" adlı filmin əsas rollarından birinə çəkilən Gövhər Qars vilayətindən gələn Mahsun Kırmızıgülün qızı obrazını canlandıracaq.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hazırda çəklişlər İzmirin Foça rayonunda aparılır. Orada Gövhərə şəxsən başda Mahsun Kırmızıgülün özü olmaqla çox böyük dəstək və qayğı göstərilir. Mahsun Kırmızıgülün özü isə Gövhərin yanından bir dəqiqə belə ayrılmır.

Qeyd edək ki, balaca Gövhərin "Mucize aşk" filmində çəkilməsi "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub.

İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb. Milli.Az-ın əldə etdiyi məlumata görə, Mübariz Mənsimovun özü şəxsən tez-tez zəng edərək Gövhərin halı, çəkilişlərin gedişi ilə maraqlanır.

Buradakı çəkilişlərin təxminən 1 həftə davam edəcəyi planlaşdırılır. Lakin ehtiyac yaranarsa, bu müddət bir qədər uzana da bilər.

Xatırladaq ki, 2014-cü ildə ərsəyə gətirilən "Mucize" filmi Türkiyədə, Avropada, eləcə də Azərbaycanda çox böyük böyük populyarlıq qazanıb. Bunu nəzərə alaraq "Mucize 2"nin çəkilməsinə qərar verilib.

Qeyd edək ki, senaristi və rejissoru Mahsun Kırmızıgül olan "Mucize" çəkilişləri İzmirin Foça bölgəsində və Qarsın Kağızman kəndində aparılmışdı.

"Mucize 2"nin 2019-cu ilin martından etibarən kinoteatrlarda nümayişlərinə başlanacaq.

Zərif Nisə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı oldu - Gövhərli

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı oldu - Gövhərli

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün qızı oldu - Gövhərli