Həbsxanada lüt soyundurulan qız intihar etdi - FOTO

22 Oktyabr 2018 14:05

Həbsxanada intihar hadisəsi qeydə alınıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İrlandiyada, Qlazqoda avtomobilini sərxoş halda idarə etdiyinə görə saxlanılan qız həbsxanada özünə qəsd edib.

21 yaşlı tələbə Keyti Allen (Katie Allan) avtomobili ilə 15 yaşlı məktəblini vurub. Oğlan sonradan sağalsa da, Keyti sərxoş halda avtomobil sürdüyünə görə fevral ayında 16 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir neçə ay həbsxanada qalan Keyti iyun ayında özünü öldürüb.

Valideynləri iddia edirlər ki, qızın özünü öldürməsinə səbəb onun çılpaq halda həbsxana nəzarətçilərinin qarşısından keçməyə məcbur edilməsidir.

"Qızım həbsxana nəzarətçisinin qarşısında çılpaq halda qalmasından narahat idi.

Onu axırıncı dəfə görəndə tükənmiş haldaydı. Hiss olunurdu ki, yolunda getməyən nələrsə var. O, təzyiqlərə məruz qaldığına görə özünü öldürüb".

İntihar hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az