Dmitri Medvedev Putin hökumətini tənqid etdi
5 Aprel 2010 16:02
Milli.Az "İnterfaks"a istinadən xəbər verir ki, Nazirlər Kabineti üzvləri ilə keçirdiyi toplantıda o, hökumətin nəqliyyat infrastrukturunun tikintisinə dair normativ bazaların hazırlanmasında ləngidiyini söyləyib. Kreml sahibi bu iş üçün hökumətə martın 1-dək vaxt verdiyini xatırladıb, lakin keçən müddət ərzində tapşırığa əməl olunmadığını vurğulayıb.
Medvedev hökumətin bir sıra digər sahələrdə də lənglik nümayiş etdirdiyini, tapşırıqlara əməl olunmasında gecikdiyini bildirib. "Bu, çox pisdir! Bu vəziyyətin necə aradan qaldırılmalı olduğu, sənədlərin nə vaxt hazır olacağı müzakirə edilməlidir", - deyə Medvedev bildirib.
Milli.Az