Qeyri-adi balıq tapılıb – FOTO
5 Aprel 2010 15:51
Rusiya mətbuatının yazdığına görə, "teleskop balıq" adlandırılan bu canlı 1500 metr dərinlikdə aşkar edilib. Cəmi 9 sentimetr uzunluğu olan balığın əsas qeyri-adiliyi onun şəffaf olması və gözlərinin quruluşu ilə bağlıdır: "Balığın gözləri sanki iki hissəyə bölünüb. Birinci hissə yalnız yuxarı, ikinci hissəsi isə aşağı baxır. Sanki onun 4 gözü var".
Milli.Az
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
