Müxalifətə birgə kütləvi aksiyalar təklifi

5 Aprel 2010 15:36
"Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının bu gün keçirilən iclasında müxalifətin birgə aksiyalar keçirməsinin daha məqsədəuyğun olduğu haqda qərar qəbul edilib". - Bazar ertəsi Trend-ə ittifaqda təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Musayevin sözlərinə görə, aksiyaların birgə keçirilməsi üçün bütün müxalifət partiyaları ilə məsləhətləşmələr aparılacaq.

"Düşünürük ki, müxalifət aksiyaları birgə keçirərsə, daha çox adamın iştirakına nail olmaq mümkündür", - partiya sədri əlavə edib.

BAP sədri deyib ki, aprelin 7-də DUİ ilə Müsavat Partiyası arasında Parlament seçkiləri ilə bağlı növbəti məsləhətləşmə keçiriləcək.

"Görüş Müsavatın qərargahında baş tutacaq və müzakirələrdə bu partiyanın başqanı İsa Qəmbər və DUİ-də təmsil olunan partiyaların rəhbərləri iştirtak edəcəklər", - Musayev vurğulayıb.

Trend