Müğənni Elnarə indi də DJ-lik edəcək
5 Aprel 2010 15:20
Müğənni Elnarə Xəlilovanın səsi indi də "ANS CM" radiosundan eşidiləcək. Bu barədə Milli.Az xəbər portalına müğənni özü məlumat verib. О, bildirib ki, bu radionun əməkdaşı kimi fəaliyyətini davam etdirəcək. Bir müddət öncə adı çəkilən kanalın efirində "El bilir ki..." verilişini aparan müğənni, bundan sonra 102 FM dalğasının efirində eşidilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, həftənin 6 günü efirdə yayımlanan veriliş saat 10:00 -13:00 arası dinləyicilərə təqdim olunacaq. "Qadın saatı" adlanan radio layihəси adından da göründüyü kimi əsasən evdar xanımlar üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, müğənni hələ ki, verilişi tək deyil, həmkarı DJ Kəmalə ilə birgə aparması planlaşdırılıb. Lakin bir müddətdən sonra "Qadın saatı" yalnız DJ Elnarənin təqdimatında yayımlanacaq.
Xədicə
Milli.Az