Mətin Şəntürkün həyat hekayəsi: “Zirzəmidə anadan olmuşam”

19 Oktyabr 2018 17:24

Məşhur sənətçi Mətin Şəntürk iştirak etdiyi verilişdə həyatından bəhs edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, aparıcıların suallarını cavablandıran sənətçi acılarla dolu həyatı olduğunu etiraf edib.

Mətin qeyd edib ki, Fatih səmtində zirzəmidə dünyaya gəlib. İnternat məktəbində qaldığı günlərdə hər gecə "Allahım, məni heç kəsə möhtac etmə" deyərək dua edib.

"Həyatımın memarı oxumaq və yazmaq bilməyən anamdır. Mən Fatih səmtindəki bir binanın zirzəmisində doğulmuşam. 8 il internatda oxudum. Çarpayıda yatanda heç kəsə möhtac olmamaq üçün dua edirdim. Sonra konservatoriya sevgisi yarandı və oxudum. İndi də ailələr üçün mahnı bəstələyən şəxs oldum", - deyə Şəntürk bildirib.

Milli.Az