"Spartak"dan Ayaz Quliyevə 1 milyon avroluq təklif

19 Oktyabr 2018 16:48

"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev yenidən "Spartak"da çıxış edə bilər.

Milli.Az qol.az-a istinadən bildirir ki, Moskva təmsilçisi sabiq futbolçusunu heyətinə cəlb etmək istəyir.

"Qırmızı-qaralar"ın azərbaycanlı oyunçunun keçidi üçün 1 milyon avro ödəməyə hazır olduğu bildirilir.

"Spartak" Ayazı  son vaxtlar adı qalmaqallarda çəkilən Denis Qluşakovla əvəzləmək niyyətindədir.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçinin əsas millimizə cəlb olunması gündəmdədir.

Milli.Az