Maşın ağaca çırpıldı, 1 ölü, 3 yaralı var
5 Aprel 2010 15:11
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qırxbulaq kəndi ərazisində, şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobili ağaca vurub.
Nəticədə sərnişin, həmyerlisi Ələddin Salamov hadisə yerində ölüb. S.Məmmədov və digər sərnişinləri, həmyerliləri Nuriyyə Salamova və Nizami Şirinov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Şəki şəhər Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
Milli.Az