“Ezel” bu həftə də qayıtmayacaq

5 Aprel 2010 15:27
Serialın 38 yaşlı ssenari müəllifi Kərəm Deren martın 11-də beyin qansızması keçirdiyindən, "Ezel"in yaradıcı heyəti məcburi tətilə çıxıb. Əməliyyat olunan ssenarist artıq xəstəxanadan evə buraxılıb və fəaliyyətini qismən bərpa edib.

Milli.Az xəbər portalı Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, baş rollarını Kənan İmirzalıoğlu, Tuncel Kurtiz, Cansu Dərə, Barış Falay və Yigit Özşenerin oynadığı serialın yayımını davam etdiriləcəyi tarix açıqlanıb. Serialın növbəti seriyası aprelin 12-də yayımlanacaq.

Milli.Az