Yaponiyanın seysmosöndürücü istehsal edən iki şirkəti sınaqların nəticələrini saxtalaşdırıb

17 Oktyabr 2018 22:16

Yaponiyanın seysmosöndürücü istehsal edən iki şirkəti öz məhsullarının sınaqlarının nəticələrini saxtalaşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi bu şirkətlərin istehsal etdiyi seysmosöndürücülərin təcili dəyişdirilməsi barədə göstəriş verib.

Tokionun "KYB" və onun törəməsi olan "Kayaba System Machinery" şirkətləri 2000-ci ilin martından cari ilin sentyabrınadək qüsurlu seysmosöndürücülərin istehsalı və satışı ilə məşğul olublar. Bu məhsulların keyfiyyəti hökumət tərəfindən müəyyən edilən standartlara cavab vermir.

Həmin seysmosöndürücülərin bütün Yaponiya üzrə mindən çox binada, o cümlədən müxtəlif göydələnlərdə və xəstəxanalarda quraşdırıldığı bildirilir.

Milli.Az