"Azəri Top Model" finalçısına avtomobil hədiyyə olundu - FOTOSESSİYA
20 Sentyabr 2011 18:53
Dünən 10 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsinin final mərhələsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə əvvəlcə 10 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.
Model xanımların geyimlərini "Debenhams" və "Femina" mağazası təqdim etmişdi.
Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, müğənni və model Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva, fotoqraf Anfisa Bessonova münsiflər heyətini təmsil edirdilər.
Hər zaman münsiflər heyətində əyləşən "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası və stilist Syama bu dəfə iştirak etmirdilər. Səbəb Nərminə Ağasının səhhəti ilə bağlı və stilist Syamanın isə xarici ölkələrin birində səfərdə olması qeyd olundu.
Verilişdə qonaq qismində əməkdar artist "Grace" gözəllik salonunun nümayəndəsi iştirak edirdi.
Bundan başqa, verilişdə müğənnilər Sevda Ələkbərzadə, Bəsti Bəkirova, Günel Ələkbərova, Elçin Hüseynov, Samira, o cümlədən, gənc ifaçılar Aynişan Quliyeva və Orxan iştirak edirdilər.
Verilişdə iştiarkçılar modelyer Fəxriyyə Xələfovanın geyim kolleksiyalarını nümayiş etdirdilər. Ziyafət üçün hazırlanan geyimlər iştirakçılar həyəcanlı görünürdülər.
Bundan başqa, verilişdə Fəxriyyə Xələfova, Züleyxa Akçurina və İlqar Hüseynovun podiumdakı defiləsi də maraqla qarşılandı.
Verilişdə Züleyxa Akçurinanın ikinci dəfə ana olması da qeyd olundu. Aparıcı Firdovsi Atakişiyev müğənnini gül çələngi verərək, təbrik etdi.
Xatırladaq ki, verilişdə iştirakçılar podiumdakı jestləri, aparıcı Firdovsi Atakişiyevin DJ Çina ilə və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, reklam fasiləsində DJ Çinanın, Züleyxa Akçurinanın qardaşı Ömərin model xanımlarla şəkillər çəkdirməsi, o cümlədən, arabir bacısına kömək etməsi diqqəti cəlb edən məqamlardan idi.
Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu. Hədiyyəni qonaqlara şəxsən Züleyxa Akçurina təqdim edirdi.
Verilişin sonuna yaxın dəqiqələrdə sponsorların favorit bildikləri iştirakçılara hədiyyələri təqdim olundu.
Onu da qeyd edək ki, Day.Az Media Şirkəti də öz növbəsində öz favoritini seçdi. Bu, Ləman Əlizadə idi. L.Əlizadəyə şirkətin həddiyyəsini və diplomunu Day.Az radiosunun rəhbəri Zaur Darabzadə təqdim etdi.
"Azəri top-model" müsabiqəsinin ilk üçlüyü səhnəyə dəvət olundu. Üçüncü yerin sahibi Çinarə Əliyeva, ikinci yerin sahibi Olqa Arsentyeva və nəhayət, müsabiqənin qalibi Ləman Əlizadə oldu. Aparıcı L.Əlizadənin qalib olması xəbəri açıqlayan zaman tamaşaçıların səs-küylü alqışları studiyanı bürüdü.
Qeyd olunduğu kimi, qalibə avtomobil hədiyyə olundu. "FAN" prodakşının təqdim etdiyi "Opel" markalı avtomobilin açarlarını qalibə şəxsən Firdovsi Atakişiyev verdi.
Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.
Fuad Mədətov
Milli.Az