Azərbaycanlı qız necə italyan oldu - FOTO

16 Oktyabr 2018 23:17

Azərbaycanın populyar ifaçısı, "Avroviziya-2014" beynəlxalq mahnı yarışmasının iştirakçısı Dilarə Kazımova ehtiraslı italyan qızı obrazını təqdim edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənninin verdiyi məlumata görə, o, fotolayihənin nəticələrindən razı qalıb. Kazımova bu şəkillərdə müxtəlif açıq-saçıq obrazlarda təsvir edilib. Layihənin fotoqrafı Ruslan Nəbiyev, stilisti isə Aytən Səfərova olub.

Diları Kərimova vaxtilə Unformal və Milk & Kisses qruplarının tərkibində çıxış edib. 2014-cü ildə "Ukraynanın səsi" - "1+1" ("Голос країни") layihəsinin iştirakçısı olub, eyni zamanda elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb.

Milli.Az