Audi 800 milyon cərimələndi - Səbəb

16 Oktyabr 2018 20:34

Almaniyanın avtomobil brendi olan "Audi" şirkəti dizellə işləyən avtomobillərdə yol verdiyi yanlışlığa görə 800 milyon avro cərimələnib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Audi"nin də daxil olduğu "Volksvagen" qrupu məlumat yayıb.

"Audi" şirkətinin istehsal etdiyi V6 və V8 dizel mühərrikli avtomobillərdə mövcud tələblərə əməl edilmədiyi bildirilib. Şirkət sözügedən məbləği ödəməyi qəbul edib.

Milli.Az